TƏHSİL HAMIMIZ ÜÇÜNDÜR

Ödənişsiz Konsultasiya Üçün Elə İndi Müraciət Et

Tez-tez verilən suallar

Parla Academy-də hansı dillər tədris olunur?

Parla Academy-də əsasən ingilis dili tədris olunur. Bundan əlavə, rus dili dərslərimiz də mövcuddur. Bəzi fənn dərsləri, xüsusilə riyaziyyat, həm ingilis, həm də rus dillərində tədris edilir.

Uşaqlar və böyüklər üçün dərslər necə təşkil olunur?

Uşaqlar üçün dərslər interaktiv, oyun əsaslı və motivasiyaedici şəkildə aparılır. Böyüklər üçün isə real həyat və peşə fəaliyyəti ilə əlaqəli praktik dərs modelləri tətbiq olunur.

Hansı imtahanlara hazırlıq keçirilir?

Akademiyamızda aşağıdakı beynəlxalq imtahanlara hazırlıq proqramları mövcuddur: IELTS (Academic və General), TOEFL, Duolingo English Test.

Korporativ təlimlər varmı? Kimlər üçün nəzərdə tutulub?

Bəli, korporativ şirkətlər üçün xüsusi hazırlanmış Biznes İngilis dili və peşə yönümlü kommunikasiya dərsləri təklif edirik. Müştərilərimizə banklar, turizm agentlikləri, istehsalat və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər daxildir.

Dərslər neçə nəfərlik qruplarda keçirilir?

Dərslər adətən 3-4 nəfərlik qruplarda keçirilir. Hər bir tələbə eyni anda həm yerli qrammatika müəllimi, həm də xarici danışıq müəllimi ilə dərs alır.

Qazilər və şəhid ailələri üçün hansı güzəştlər var?

Qazilər və birinci dərəcəli ailə üzvləri üçün 50% endirim tətbiq olunur. Şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün isə dərslər tamamilə ödənişsizdir.

Tədris binası harada yerləşir?

Bakı filialımız Nizami metrosunun çıxışından cəmi 50 metr məsafədə yerləşir. Ünvan: Zərgərpalan 136, Yasamal rayonu, Bakı. Xankəndi filialımız isə Qarabağ universiteti 2ci korpusunun yaxınlığında yerleşir.

Qeydiyyat prosesi necə aparılır?

Qeydiyyat üçün bizimlə telefonla, e-mail vasitəsilə və ya birbaşa ofisimizə yaxınlaşaraq əlaqə saxlaya bilərsiniz. Komandamız sizi və ya övladınızı ən uyğun proqramla yönləndirəcək.

Müəllimlərinizin təcrübəsi və keyfiyyəti necədir?

Bütün müəllimlərimiz ali təhsilli, yerli və beynəlxalq təlimlərdə iştirak etmiş, peşəkar və motivasiyalı şəxslərdir. Müntəzəm olaraq daxili təlimlər və keyfiyyət nəzarəti həyata keçirilir.